Fransada gənclər arasında zorakılıq halları sürətlə artır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes açıqlama verib.
Nazirin sözlərinə görə, gənclər arasında baş verən insidentlər getdikcə daha adi və kiçik səbəblərdən qaynaqlanır, zorakılıq isə gündəlik münasibətlərin bir hissəsinə çevrilir. O həmçinin vurğulayıb ki, soyuq silahdan istifadə edən yeniyetmələrin sayı nəzərəçarpacaq dərəcədə artır.
Rəsmi məlumatlara əsasən, 2025-ci ilin mart–dekabr ayları arasında 525 şagirdin üzərində bıçaq aşkar edilib. Yoxlamalar həm məktəblərin daxilində, həm də onların ətraf ərazilərində aparılıb.
Loran Nunyes vəziyyətə “sərt və qətiyyətli reaksiya göstərilməsinin vacibliyini” bildirib. Nazir əlavə edib ki, hüquq-mühafizə orqanları gənclər arasında soyuq silah daşınmasının qarşısını almaq üçün hər ay təxminən 1 500 şagirdin üzərində məktəblərdə və məktəbətrafı zonalarda yoxlamaları davam etdirəcək.
