Məsciddə maraqlı təşəbbüs: İdman dərsləri keçirilir

Az.shafaqna.com xəbər verir ki, Britaniyanın Bredford şəhərində yerləşən bir məsciddə maraqlı təşəbbüs həyata keçirilir.

Belə ki, hər gün günorta namazından sonra məscid kompleksinin xüsusi hissəsində kişilər üçün idman dərsləri keçirilir.

İstəyən hər bir kəs məsciddə bu proqram üçün ayrılmış zala gedərək məşq edə bilər.

Məşqlərin əsas məqsədi yaşlı müsəlmanların fiziki aktivliyinə dəstək olmaqdır. İştirakçıların da böyük hissəsini məhz 50-80 yaşlı müsəlmanlar təşkil edir.

Qeyd edilib ki, müsəlmanlar məscidə gələrək ibadət vasitəsilə həm mənəvi aramlıq əldə edirlər, həm də idman edərək fiziki formalarını qoruyurlar.

Dərslər tamamilə ödənişsizdir.

Bu təşəbbüs həm də məscid əhlinin bir-birilə olan münasibətlərinin də daha da möhkəmlənməsinə səbəb olur.

Tezliklə xanım müəllimlə sırf xanımlar, həmçinin yeniyetmələr üçün də oxşar məşğələlərin təşkili planlaşdırılır.

Bu məqaləni paylaş