Az.shafaqna.com xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər həyata keçirdiyi əməliyyatlar nəticəsində 80 xarici vətəndaşı ölkədən çıxarıb.
Nazirliyin məlumatına görə, deportasiya prosesi DİN-in aidiyyəti bölmələri ilə birgə, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə aparılıb. Ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.
Aparılan geniş miqrasiya nəzarəti tədbirləri zamanı Türkiyə, Rusiya, Hindistan, İran, Azərbaycan, Misir, Türkmənistan, Pakistan, Özbəkistan, Nigeriya, Banqladeş, İsrail, İraq, İordaniya, Nepal, Fil Dişi Sahili, Sudan, Tacikistan, Filippin və Şri-Lanka vətəndaşları deportasiya olunub.
Daxili İşlər Nazirliyi qeyd edir ki, qanunsuz miqrasiyaya qarşı nəzarət tədbirləri gələcəkdə də davam etdiriləcək.
