
Kriştianu Ronaldu “Ən-Nəsr”in məşqlərinə qayıtdı və növbəti oyunda oynayacaq
Az.shafaqna.com xəbər verir ki, Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu yenidən “Ən-Nəsr” klubunun məşqlərində iştirak etməyə başlayıb və Səudiyyə Ərəbistanı Liqasının növbəti turunda “Əl-Fateh” klubuna qarşı matçda meydana çıxacaq.
Məlumata görə, həm Ronaldunun, həm də klub əməkdaşlarının gecikmiş maaşları artıq tam şəkildə ödənilib.
Xatırladaq ki, Ronaldo ardıcıl iki oyunda iştirak etməmişdi. Onun iştirak etməməsinin səbəbi futbolçunun Səudiyyə Ərəbistanı Suveren Fondunun fəaliyyətindən narazı qalması idi. İddiaya görə, ulduz futbolçu fondun rəqib “Əl-Hilal” klubuna daha çox dəstək verdiyini, “Ən-Nəsr”ə isə kifayət qədər maliyyə ayırmadığını düşünürdü.






























