
“Real Madrid”in hücumçusu Kilian Mbappe La Liqada Kriştianu Ronaldu, Lionel Messi və Luis Suaresin rekordunu təkrarlayıb.
Az.shafaqna.com xəbər verir ki, 27 yaşlı futbolçu bu uğura XXIII turda “Valensiya” ilə səfər oyununda qol vurmaqla nail olub.
Fransalı forvard mövsüm ərzində iştirak etdiyi 22 çempionat oyununda ümumilikdə 23 dəfə fərqlənib.
Bu göstəriciyə daha əvvəl “Barselona”nın keçmiş oyunçuları Luis Suares (2015/2016), Lionel Messi (2012/2013) və “Real”ın sabiq hücumçusu Kriştianu Ronaldu (2014/2015) çatmışdı.






























