
İstanbul Hava Limanında ölkəyə daxil olan bir sərnişin 90 min canlı zəlini Türkiyəyə qanunsuz yolla gətirməyə çalışarkən tutulub.
Az.shafaqna.com xəbər verir ki, bu barədə İstanbul Vilayət Kənd Təsərrüfatı və Meşəçilik İdarəsi məlumat yayıb.
Bildirilib ki, fevralın 7-də hava limanında aparılan yoxlama zamanı sərnişinin çamadanından ümumi çəkisi 12,2 kiloqram olan 90 min ədəd zəli aşkar edilərək müsadirə edilib.
Qeyd olunub ki, həmin şəxs əvvəllər də oxşar qaçaqmalçılığa cəhd etdiyinə görə artıq saxlanılıb.
Hadisə ilə bağlı barəsində məhkəmə işi açılıb.






























