
ABŞ tərəfindən Suriyadan İraqa gətirilən İŞİD üzvləri və tərəfdarlarının sayı rəsmi olaraq açıqlanıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətlərinin mətbuat mərkəzinin rəhbəri, general-leytenant Səad Maan məlumat verib.
O deyib ki, hazırda İraq ərazisində Suriyadakı xüsusi düşərgə və həbsxanalardan köçürülmüş 2,2 mindən çox keçmiş İŞİD-çi yerləşdirilib.
Onun sözlərinə görə, İraq indiyədək Suriyadan ümumilikdə 2 250 nəfəri qəbul edib:
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada saxlanılan İŞİD üzvlərinin mərhələli şəkildə İraqa köçürülməsinə başlanıldığını açıqlamışdı. CENTCOM-un məlumatına görə, gələcəkdə İraqa gətiriləcək İŞİD tərəfdarlarının ümumi sayı 7 min nəfərə çata bilər.






























