
Hindistanın şimal-şərqində yerləşən Meqhalaya ştatında qanunsuz kömür mədənində baş vermiş partlayışın qurbanlarının sayı 27-yə çatıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə yerli polis şənbə günü məlumat yayıb.
Qeyd olunur ki, hadisə nəticəsində azı doqquz nəfər xəstəxanada müalicə olunmaqdadır.
Fövqəladə Hallar üzrə Milli Müdaxilə Qüvvələrinin nümayəndəsi bildirib ki, mədəndə hələ də insanların qalmış olması ehtimalı var və bu səbəbdən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
İlkin məlumatlara görə, fevralın 5-də Şərqi Jantia Hils bölgəsində qeyri-qanuni işlədilən mədəndə baş verən partlayışda 18 nəfərin öldüyü deyilmişdi.






























