Yanvar ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 54 müraciət daxil olub.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun rəsmisi məlumat verib.
Müraciətlərin 11-i kişilər, 42-si qadınlar tərəfindən olub:
“Bir müraciət isə yetkinlik yaşına çatmayan şəxs tərəfindən olub. Müraciətlərin 16-sı psixi, 3-ü iqtisadi zorakılıqla, 34-ü fiziki zorakılıqla bağlı olub. Cinsi zorakılıqla bağlı isə bir müraciət edilib”.
Komitə rəsmisi qeyd edib ki, bu müraciətlərin hər biri müvafiq qurumlara yönləndirilib və neçəsinin təsdiqini tapıb-tapmadığı cavab məktublarından sonra bilinəcək.
Bu məqaləni paylaş
