Kuba Müdafiə Şurası ölkədə hərbi vəziyyətə keçid ehtimalı ilə bağlı müxtəlif plan və hazırlıq tədbirlərini müzakirə edir, lakin bu barədə rəsmi qərar hələ verilməyib.
Az.shafaqna.com xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel açıqlayıb.
“Müdafiə Şurasında hərbi vəziyyətə keçidlə bağlı müxtəlif ssenariləri nəzərdən keçiririk, bütün müdafiə strukturlarımız hazır vəziyyətdədir. Amma hazırkı mərhələdə ölkədə hərbi vəziyyət elan edildiyini demək doğru olmaz”, – deyə o qeyd edib.
Bu məqaləni paylaş
