
Nepalda onlarla radikal islamofob məscidə hücum etməyə çalışıb.
Az.shafaqna.com xəbər verir ki, bu zaman məscidin girişində duran fiziki məhdudiyyətli müsəlman ibadətgahı təkbaşına müdafiə etməyə başlayıb.
Hadisə Rampur şəhərində baş verib.
Ekstremist islamofob induistlərin hücumu 24 yanvarda baş verib.
İslamofoblar məscidə daxil olaraq oranı dağıtmağa cəhd ediblər. Lakin bu zaman orada olan müsəlman gənc, əlil olmasına və bir ayağının olmamasına baxmayaraq, böyük şücaət və qəhrəmanlıq nümayiş etdirib.
Bir ayağı olmayan müsəlman gənc yeriyərkən istifadə etdiyi əsa ilə məscidin girişində durub və hücum edənlərə cavab zərbələri endirib.
Xatırladaq ki, əhalisinin əksəriyyəti induistlərdən ibarət olan Nepalda islamofob mühit şiddətlənməkdədir. Əhalinin cəmi 5 faizini təşkil edən müsəlmanlar təqiblərə və həm məscidlərdə, həm də öz şəxsi əmlaklarında hücumlara məruz qalırlar.






























