
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis fevralın 11-də Türkiyəyə rəsmi səfər etməyə hazırlaşır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.
Onun sözlərinə görə, Mitsotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında Ankaraya gələcək və Türkiyə–Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasına qatılacaq.
“Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Həmçinin tərəflərin regional və beynəlxalq proseslərlə bağlı fikir alış-verişi aparması planlaşdırılır. Səfər zamanı ikitərəfli əlaqələri gücləndirməyə yönəlmiş bir neçə sənədin imzalanması da gözlənilir”, – Duran qeyd edib.






























