Paşinyana etirazlar yenidən başladı

Yerevanda Ermənistan Milli Məclisi binası önündə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalif qüvvələrin etiraz aksiyası keçirilir.

Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, Ermənistan müxalifəti Ermənistan vətəndaşlarını çərşənbə günü səhər saat 10-da Ermənistan Milli Məclisi binasının girəcəyində toplaşmağa çağırıb.

“Mənim Addımım parlament fraksiyası hökumətin və onun satqın rəhbərinin [baş nazir Paşinyan nəzərdə tutulur] təşəbbüsü ilə fevralın 3-də növbədənkənar parlament iclasının gündəliyinə bir sıra dövlət maraqlarına zidd qanun layihələri daxil edilib”, – Vətənin Xilası Hərəkatının bəyanatında deyilir.

Hərəkat vətəndaşları “qeyri-milli hakimiyyətin fəaliyyətinə qarşı ayağa qalxmağa” çağırır.

Bu məqaləni paylaş