
ABŞ Nigeriyaya azsaylı Amerika hərbçilərindən ibarət bir qrup göndərib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının (AFRICOM) rəhbəri, general Dagvin Anderson məlumat verib.
General xatırladıb ki, ötən il Romada keçirilən tədbir zamanı Nigeriya Prezidenti Bola Ahmed Tinubu ilə görüş keçirib və “regionda birgə fəaliyyət” barədə razılıq əldə olunub.
Hərbi qrupun Nigeriyaya dəqiq hansı tarixdə daxil olduğu açıqlanmır. General Anderson missiyanın miqyası və həcmi barədə əlavə məlumat verməyib.






























