Az.shafaqna.com xəbər verir ki, Yaponiyada yağan güclü qar nəticəsində 35 nəfərin həlak olduğu bildirilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar da var. Niiqata prefekturasında isə bir sakin öz evinin uçqun altında qalaraq həyatını itirib.

Qar fırtınasının təsiri ilə bəzi bölgələrdə məktəblər artıq bir neçə gündür fəaliyyət göstərmir.