İspaniya 16 yaşadək şəxslərin sosial şəbəkələrə girişini məhdudlaşdırmağa hazırlaşır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə krallığın Baş naziri Pedro Sançez məlumat verib.

O, digər Avropa dövlətlərini də analoji addım atmağa çağırıb.

Xatırladaq ki, ötən ilin dekabrında Avstraliya 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini yasaqlayan ilk ölkə olub. Fransada isə 15 yaşadək uşaqların sosial şəbəkələrdən istifadə etməsi qadağandır.