
Bunu HƏMAS rəsmisi Fəvzi Bərhum bildirib.
Az.shafaqna.com İslamazeri.com–a istinadən xəbər verir ki, HƏMAS rəsmisi Fəvzi Bərhum bildirib ki, müqəddəs Qüds və əl-Əqsa məscidi Fələstin xalqı və cəbhəsi üçün qırmızı xətdir və əlavə edib ki, onların müdafiəsi müsəlman xalqların dini və əxlaqi vəzifəsidir.
İsrail rejiminin əl-Əqsa məscidində “Müsəlla Bab ər-Rəhma”-nı bağlama cəhdləri əleyhinə nümayişdə danışan rəsmi deyib ki, Qüds Fələstin xalqının əbədi paytaxtdır və heç bir güc əsla bu faktı dəyişə bilməz.

“İslami Cihad” hərəkatının baş üzvü Xızır Həbib də Qəzzadakı nümayişdə bildirib ki, Fələstin xalqı İsrail rejiminin Qüdsü işğal planlarının reallaşmasına imkan verməyəcək.
Qeyd edək ki, “Bab ər-Rəhma” əl-Əqsa məscidinin şərq hissəsindədir və İsrail tərəfinin buranı 10 qapalı saxlamasından sonra ora yenidən açılıb. Açıldığı gündən İsrail rejimi polisi oraya gələn müsəlmanlara qarşı təzyiqlər göstərir.






























