Tramp 3 ölkəyə ərazi iddiası edir

Az.shafaqna.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp öz çıxışlarında 3 ölkəyə qarşı açıq şəkildə ərazi iddiası edir.

Tramp həmin ölkələri ABŞ-ın yeni – 51-ci, 52-ci və 53-cü ştatları kimi görmək istədiyini deyir.

O, Danimarkanın ərazisi olan dünyanın ən böyük adası Qrenlandiyaya, həmçinin ABŞ-ın şimal qonşusu Kanadaya və Latın Amerikası ölkəsi Venesuelaya tam şəkildə ərazi iddiası ilə çıxış edib.

“Mən Kanadanı 51-ci ştat kimi görmək istəyirəm. Qrenlandiya 52-ci ştat, Venesuela isə 53-cü ştat ola bilər”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ və Danimarka NATO üzrə müttəfiqdirlər.

Bu məqaləni paylaş