
Az.shafaqna.com xəbər verir ki, son üç ildə Sudan paytaxtı Xartumun hava limanına ilk sərnişin reysi həyata keçirilib.
“Sudan Airways” milli aviaşirkətinə məxsus təyyarə Port-Sudandan Xartuma enib.
Sərnişinlər arasında ölkənin baş naziri Kamil İdris də olub.
Sudanın Mülki Aviasiya İdarəsi bu reysi “tarixi” adlandırıb, çünki paytaxt hava limanı 2023-cü ilin aprelində silahlı münaqişə başlayandan bəri fəaliyyət göstərmirdi.
Sudandakı vəziyyət 2023-cü ilin aprelində gərginləşmişdi. Yalnız ötən ilin mayında ordu Xartumu azad edə bildi və yanvarın 11-də İdris hökumətin ora qayıtdığını elan etdi.






























