APL: “Şamaxı” “Kəpəz”i, “Sabah” isə “Zirə”ni məğlub edib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunları keçirilib.

Məlumata əsasən, əvvəlcə “Kəpəz” və “Şamaxı” komandaları üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci görüşündə “Sabah” səfərdə “Zirə” ilə qarşılaşıb.

Bu matçda da qonaqlar sevinən tərəf olublar – 3:1.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran “Sabah” liderliyini möhkəmləndirib.

“Zirə” isə 29 xalla 5-ci pillədə qalıb.

Bu məqaləni paylaş