İran yeni “Zülcənah” daşıyıcı raketin sınağını keçirib.
Az.shafaqna.com İran mətbuatına istinadla xəbər verir ki, raket bərk və duru yanacaq komponentləri ilə çalışır.
İranın Müdafiə Nazirliyinin bildirdiyinə görə, “Zülcənah” bu gün Tehranın sərəncamında olan ən güclü raketdir. O, aşağı yerətrafı orbitə (500 kilometr hündürlüyə) 220 kiloqram çəkisi olan peyki çıxarmağa qadirdir.
Xatırladaq ki, 2020-ci ilin aprelində İran ilk dəfə hərbi peyki kosmosa buraxmışdı. O zaman “Qasid” raketi “Noor-1” kosmik aparatını 425 kilometrlik orbitə çıxarmışdı. Digər təfərrüatlar haqqında məlumat verilməmişdi.
Bu məqaləni paylaş