Az.shafaqna.com xəbər verir ki, İslam dünyasın insanlı ilk uçuş aparatı Abbas ibn Firnas tərəfindən icad edilib.
O İspaniyanın (Əndəlüs) Kordoba şəhərində yaşamış müsəlman alim, mühəndis, riyaziyyatçı, şair və ixtiraçı idi.
Abbas ibn Firnas sadəcə elm və astronomiya ilə məşğul olmayıb, həm də mexanika və aerodinamika sahəsində erkən təcrübələr aparmışdır.
Təxminən 875-ci ildə Abbas ibn Firnas açıq havada bir qurğu ilə uçmağa çalışıb. Onun hazırladığı qurğu quş qanadlarını xatırladan bir konstruksiya idi: pərdəli, dayaq və tənzimləyici qurğularla təchiz olunmuşdu. Təcrübə nəticəsində o, müəyyən məsafə qət edə bilib və nisbətən yumşaq enişlə həyatda qalıb. Lakin tam təhlükəsiz uçuş mümkün olmayıb, ayağı xəsarət alıb. O, yüksəklikdən atılaraq bir neçə dəqiqə ərzində havada qalmağı və müəyyən məsafəni qət etməyi bacarmışdı. Bu, tarixdə qeydə alınmış ilk idarə olunan uçuş cəhdi hesab olunur. İbn Firnasın uçuşu müasir mənada “təyyarə” uçuşu deyildi, çünki mühərriki yox idi. Bu, daha çox planer (deltaplan) uçuşu idi. Amma fakt olaraq insanın ilk uçuşu sayılırdı.
Abbas ibn Firnas dünyada uçuşun aerodinamik prinsiplərini təcrübə etmiş ilk şəxs hesab olunur.
Qeyd edək ki, Firnas həmçinin qumu əridərək rəngsiz şüşə əldə etməyin yolunu tapmışdı. Bu kəşf Avropaya bir neçə əsr sonra çatdı.
* Aparat — müəyyən bir funksiyanı yerinə yetirmək üçün bir araya gətirilmiş hissələr toplusudur.
