Rəsmi Havana ABŞ-ın Kubanın yanacaq blokadasına salınması üzrə yeni addımlarını qəti şəkildə pisləyir.
Az.shafaqn.com xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya bəyan edib.
“Biz ən qəti şəkildə ABŞ tərəfindən Kubaya qarşı olan son eskalasiyanı pisləyirik”, – deyə o qeyd edib.
Parrilya bildirib ki, ABŞ şantaj və məcburetmə taktikaların əl ataraq digər dövlətləri də Kubanın mühasirəsi siyasətinə qoşulmağa məcbur edir.
O deyib ki, ABŞ-ın bu hərəkətləri azad ticarətə dair bütün prinsiplərin açıq şəkildə pozulmasıdır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Kubaya neft tədarük edən ölkələrin satdığı məhsullara rüsum tətbiq edib.
Bu məqaləni paylaş
