Niderlandda polis əməkdaşı tərəfindən irqçilik zəminində zorakılıq törətməsi faktı ilə bağlı araşdırma başladılıb.

Az.shafaqna.com xəbər verir ki, həmin polis əməkdaşı iki müsəlman xanımı küçənin ortasındaca dəyənək və təpiklə döyüb.

Hadisə 26 yanvar tarixində Utrext şəhərində baş verib.

Baş verən islamofob vəhşiliyin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.