Gürcüstanın qanunverici orqanının 10-cu çağırış yaz sessiyası fevralın 2-də plenar iclasla başlayıb.
Az.shafaqna.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, parlamentin sədri Arçil Talakvadze açılış çıxışında koronovirusla mübarizədə göstərdiyi xidmətlərə görə Səhiyyə Nazirliyinə minnətdarlığını ifadə edib.
“Parlament adından koronovirusla mübarizədə iştirak edən səhiyyənin bütün peşəkarlarına və həkimlərinə minnətdarlığımı bildirirəm. Səylərimiz nəticəsində ölkədə epidemioloji vəziyyət yaxşılaşıb, artıq cəmiyyətimiz sosial, iqtisadi və mədəni sahələrin açılışına hazırlaşır. Parlament də buna töhfəsini verməyi bacardı”, – spiker deyib.
Qeyd edək ki, yaz sessiyasının ilk toplantısında 6-sı müxalifətdən olmaqla (ümumilikdə isə 60) 83 deputat iştirak edib.