
Yaponiyaya müsəlman ölkələrindən gələn turistlərin artması ilə əlaqədar olaraq ölkədəki ibadət otaqlarının sayı da artmaqdadır.
Az.shafaqna.com xəbər verir ki, bu addım müsəlmanların rahatlığı üçün atılır.
Yaponiya Milli Turizm Agentliyinin məlumatına görə, təkcə keçən ilin ilk 11 ayında ölkəyə təxminən 1,5 müsəlman turist gəlib – 560 min nəfər İndoneziyadan, 540 min Malayziyadan, 240 min Yaxın Şərqdən.
Ekspertlər deyirlər ki, ölkədə müsəlmanlar üçün namaz otaqları olmasa, müsəlman turistlərinin sayı azala bilər, buna görə də rəsmi qurumlar və biznes nümayəndələri namazxanaların artırılması üçün addımlar atırlar.
Bunun üçün böyük şəhərlərdə ən çox ziyarət edilən yerlərdə – hotellərdə, nəqliyyat mərkəzlərində, ticarət mərkəzlərində çox sayda kiçik namaz otaqları təşkil edilir.
Namaz otağı üçün şəraitin olmadığı məkanlarda isə müvəqqəti guşələr təşkil edilir.






























