AYNA: Bakı və şəhər ətrafında sərnişindaşıma artıb

Son 4 ildə Bakı və şəhərətrafı sərnişindaşımada 67 milyondan çox artım var.

Az.shafaqna.com” xəbər verir ki, bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat verib.

Qeyd edilib ki, ümumilikdə nağdsız ödəniş olan avtobusların sayı 1 800-ə çatıb: “Bu rəqəm 2022-ci ildə 1000 avtobus təşkil edirdi. Eyni zamanda, Sumqayıt şəhəri və Saray qəsəbəsi istiqamətinə işləyən marşrut xətlərinə 98 avtobus əlavə edilib, 40 000 nəfər sərnişin daşınması imkanı yaradılıb. Avtobusların intervallarının təmin edilməsi üçün Bakı şəhərində xüsusi hərəkət zolaqları şəbəkəsi yaradılıb. Ümumilikdə 40-a yaxın küçə və prospektdə 114 kilometr zolaq təşkil olunub”.

Bildirilib ki, son 4 ilin nəticələrinə əsasən, avtobusla Bakı və şəhərətrafı sərnişindaşımada ümumilikdə 67,3 milyon artım var: “Gündəlik xəttə buraxılan avtobusların sayında isə 32 % artım müşahidə olunur. Əgər 2022-ci ildə 1720, 2023-cü ildə 1950, 2024-cü ildə 2160 avtobus gündəlik xəttə buraxılırdısa, hazırda bu rəqəm 2300-ə yaxındır”.

Əlavə edilib ki, gedişhaqqının nağdsız ödənilməsinin xüsusi çəkisi 85 %-ə çatıb: “Eyni zamanda, ekoloji təmiz avtobusların xüsusi çəkisi 55 %-dir”.

Bu məqaləni paylaş