Gürcüstandan 87 nəfər deportasiya edilib

Az.shafaqna.com xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi digər aidiyyəti qurumlarla birgə keçirdiyi yoxlamalar nəticəsində son günlər 87 əcnəbi vətəndaşı ölkədən çıxarıb.

Nazirliyin məlumatına əsasən, miqrasiya nəzarəti çərçivəsində aparılan tədbirlər zamanı Türkiyə, Çin, Hindistan, Azərbaycan, İran, Türkmənistan, Misir, Nigeriya, Rusiya, Qazaxıstan, İordaniya, Banqladeş, Tailand, İsrail, Livan, Cənubi Afrika, Sudan və Suriya vətəndaşlarının Gürcüstan ərazisində qalma qaydalarını pozduğu müəyyən edilib və onlar deportasiya olunublar.

Bildirilib ki, qüvvədə olan qanunlara uyğun olaraq, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən daxil olması qadağan edilib. DİN miqrasiya sahəsində nəzarət tədbirlərinin bundan sonra da davam etdiriləcəyini açıqlayıb.

Bu məqaləni paylaş