photo : Ministry of Internal Affairs of Georgia / FB

Az.shafaqna.com xəbər verir ki, Gürcüstan səhiyyə nazirinin keçmiş müavini İlia Quduşauri saxlanılıb.

Məlumata görə, o, ötən gecə hüquq-mühafizə orqanları tərəfindən tutulub və Diğomi təcridxanasına aparılıb.

Hazırda ona qarşı ittiham irəli sürülməyib. İşin materialları vəkilə təqdim olunmayıb, gün ərzində Quduşauri ilə görüş planlaşdırılır.

Qeyd edək ki, İlia Quduşauri 2022-ci ilin yanvarından 2024-cü ilin mart ayınadək nazir müavini vəzifəsində çalışıb və Səhiyyə Nazirliyinin maliyyə-iqtisadi şöbəsinə rəhbərlik edib.