Aralıq dənizində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.

Az.shafaqna.com xəbər verir ki, faciə Liviya və Malta arasında olan dəniz sahəsində baş verib.

Qəza nəticəsində 50 nəfər həyatını itirib.

Yeganə sağ qalan miqrantın sözlərinə görə, qəza 23 yanvarda baş verib və onu yaxınlıqdan keçən yük gəmisi xilas edib. O, hazırda Malta ərazisindədir.

Məlumata görə, hadisə Aralıq dənizinin mərkəzi hissəsində güclü külək və hündür dalğalarla müşayiət edilən Harri fırtınası zamanı yaşanıb.

Miqrantları daşıyan qayıq Tunisdən hərəkətə başlamışdı. Eyni nöqtədən yola düşən digər 3 qayıq barəsində isə hələ də xəbər yoxdur.