
Az.shafaqna.com xəbər verir ki, Rumıniya Prezidenti Nikuşor Dan Moldova ilə birləşmə ilə bağlı referendum keçirilməsi ideyasına münasibət bildirib.
“Bu, Moldova Respublikasında belə bir iradə olmadığı müddətdə uyğun deyil”, – deyə o bildirib.
Dan vurğulayıb ki, Rumıniya qonşu ölkəni Avropa İttifaqına üzvlük yolunda dəstəkləyir.
“Rumıniya ilə birləşmə məsələsi yalnız Moldova Respublikası vətəndaşlarına aiddir”, – deyə o qeyd edib.
“Biz Moldova Respublikası vətəndaşlarının seçdikləri məqsədlərlə bağlı iradəsinə hörmət edirik. Əgər müəyyən bir vaxtda onların mövqeyi dəyişərsə, biz də buna uyğun hərəkət edəcəyik”.
HƏMÇİNİN OXU: Moldova prezidenti ölkəsindən imtina etməyə hazırdır






























