Rusiyaya məxsus vəsaitlərin müsadirə edilməsinin yolverilməzdir.

Az.shafaqna.com xəbər verr ki, bu barədə Belçikanın Baş naziri Bart De Vever bildirib.

O, bu addımı Rusiyaya qarşı elan ediləcək “müharibə aktı” kimi qiymətləndirib.

De Veverin sözlərinə görə, Avropa Rusiya ilə müharibə aparmır və tərəflər arasında rəsmi müharibə vəziyyəti olmadığı üçün maliyyə vəsaitlərinin birbaşa müsadirəsi düzgün yanaşma deyil.

Baş nazir qeyd edib ki, hətta İkinci Dünya müharibəsi dövründə belə dondurulmuş vəsaitlər tam şəkildə müsadirə olunmayıb.