Fransanın Marin Le Penin başçılıq etdiyi “Milli birlik” partiyası ictimai yerlərdə hicaba qadağanı nəzərdə tutan qanun layihəsini təqdim edib.
Az.shafaqna.com “Ouest-France” qəzetinə istinadla xəbər verir ki, sənəd Fransanın Milli Məclisində müzakirəsi başlayan hazırkı hökumət tərəfindən hazırlanan layihəyə alternativ kimi irəli sürülüb.
Qanun layihəsinin birinci bəndi kinoda, mətbuatda, kitabxanalarda və məktəblərdə “İslam ideologiyasının praktikası, nümayişi və kütləvi yayılmasının” qadağasını nəzərdə tutur.
Sənəddə “İslam ideologiyası” termininin konkret olaraq nəyi ehtiva etdiyi acıqlanmır, lakin onun Fransanın “hüquqları, azadlıqları və prinsipləri ilə ziddiyyət təşkil etdiyi” vurğulanır.
Qanun layihəsinin daha bir bəndinə əsasən əcnəbi islamçıların Fransa ərazisindən qovulması, “İslam ideologiyasını müdafiə edən təşkilatların buraxılması” və onların ibadət yerlərinə qadağa qoyulması nəzərdə tutulub.