
Az.shafaqna.com xəbər verir ki, Cənubi Koreyanın keçmiş Baş naziri Han Dok Su konstitusiya quruluşuna qarşı çevriliş cəhdində iştirakda təqsirli bilinərək 23 il həbs cəzasına məhkum olunub.
Məhkəmə qərarında bildirilib ki, o, ölkədə konstitusiyanı zor yolu ilə dəyişməyə yönəlmiş qiyamın əsas iştirakçılarından biri hesab edilir.
Han Dok Suya sabiq prezident Yun Sok Yolun rəhbərlik etdiyi və ölkədə hərbi vəziyyət elan edən qiyamçı qüvvələrə dəstək göstərmək ittihamı irəli sürülüb.
İstintaqın gəldiyi nəticəyə görə, Han Dok Su hərbi vəziyyətin tətbiqi prosesində fəal rol oynayıb və dövlət strukturlarının Konstitusiyaya zidd addımlarına yardım edib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında o vaxtkı prezident Yun Sok Yol Konstitusiyanı pozaraq ölkədə hərbi vəziyyət elan etmiş, bu qərar kütləvi etirazlara səbəb olmuş və nəticədə o, vəzifəsindən uzaqlaşdırılmışdı.
Həmin dövrdə Baş nazir postunu tutan Han Dok Su Yun Sok Yolun istefasından sonra müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edib. Qeyd edək ki, Yun Sok Yol bu ilin 16 yanvarında konstitusiya quruluşunu pozmaq və dövlət çevrilişinə cəhd ittihamları ilə 5 il azadlıqdan məhrum edilib.






























