Az.shafaqna.com xəbərr verir ki, bu gün, çərşənbə axşamı, Nəcəf şəhərindəki İmam Əli (ə) Ziyarətgah Kompleksində Ayətullah Seyid Hadi Sistaninin dəfn mərasimi keçirilib.

İzdihamlı dəfn mərasimində cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, həmçinin İraq daxilindən və xaricindən hövzə elminin müəllimləri iştirak ediblər.

Böyük üləmadan olan Ayətullah Seyid Hadi Sistani ötən cümə günü vəfat edib.

O, böyük mərcə təqlid Ayətullahül-üzma Seyid Əli Hüseyni Sistaninin qardaşı idi.

Mərhum hövzə elmi dairələrində tanınmış elmi simalardan biri sayılırdı. Onun vəfatı ilə hövzə elmi elm və təqvası ilə seçilən görkəmli simalarından birini itirmiş oldu.

Shafaqna İraqın fotoreportajını təqdim edirik: