
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, dəniz quldurları Qvineya körfəzində Benin sahillərində “MV Curacao Trader” tankerindəki 13 rusiyalı və ukraynalı dənizçini qaçırıblar.
Bu haqda “Alison Management Corp.” şirkətindən məlumat verilib.
Hücum ötən gün Benin sahilidən 210 dəniz mili uzaqda baş verib.
Piratlar 19 nəfərlik ekipaj üzvünün 13-nü əsir götürüblər.
Hazırda həmin gəmi ekipaj çatışmazlığına görə dreyf edir. “MV Frio Chikuma” gəmisi tankerə kömək üçün yola düşüb.






























