Azərbaycandakı məktəblilərin sayı açıqlanıb

Azərbaycandakı məktəblilərin sayı açıqlanıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2026-cı ilin əvvəlinə ölkədə fəaliyyət göstərən 1708 dövlət və 164 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 115 min uşaq tərbiyə alır.

Bildirilib ki, 2025/2026-cı tədris ilinin əvvəlinə ölkənin 4160 dövlət və 35 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb. Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 21,6 faiz olub.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş