Boks üzrə Dünya çempionatının tarixi təsdiqləndi

Boks üzrə gənclər arasında keçiriləcək dünya çempionatı Polşanın Keltse şəhərində təşkil olunacaq.

Az.shafaqna.com “Apasport”a istinadən məlumatına görə, oğlan və qız boksçuların qatılacağı mundial aprelin 10-24-də baş tutacaq.

Polşa yarışı qrafikə uyğun şəkildə yüksək səviyyədə keçirəcəyini təsdiqləyib. Onlar həmçinin bütün təhlükəsizlik tədbirləri ilə bağlı öhdəlikləri üzərinə götürüblər.

Bu məqaləni paylaş