Ermənilər Gürcüstanı qarışdırır

Gürcüstanın əsasən ermənilərin yaşadıqları Samtsxe-Cavaxeti regionunda asayiş pozulub.

Az.shafaqna.com apsny.ge saytına istinadla xəbər verir ki, Axalkalaki şəhərinin mərkəzinə toplaşan əhali COVID-19 məhdudiyyətlərinin yumşaldılamsını və Rusiya və Ermənistanla quru sərhədlərinin açılmasını tələb ediblər.

Aksiyaya toplaşanlar bildiriblər ki, pandemiya vəziyyətində onların maddi vəziyyəti günü-gündən pisləşir və müvafiq tələblər Gürcüstanın baş nazirinə də göndərilib.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyaları davam etdirəcəklərini deyiblər.

Bu məqaləni paylaş