© SPUTNIK / ALEXANDER IMEDASHVILI

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tbilisidə daha iki kanat yolu tikiləcək.

Bu haqda danışan Gürcüstan paytaxtının meri Kaxa Kaladze deyib ki, onlar cari ilin sonu istifadəyə veriləcək.

Fransanın “Sistra” şirkətinin keçirdiyi araşdırmaya əsasən, Tbilisidə çoxlu ensiz küçələr və mürəkkəb relyefi olan məkanlar var ki, bu da, avtobusların hərəkətini çətinləşdirir, buna görə də alternativ hərəkət növləri lazımdır. Bu həllərdən biri də kanat yolu ola bilər.

“Bu, Tbilisi sakinlərinə və qonaqlarına şəhərdə daha sürətli və effektiv hərəkət etməyə imkan verəcək”, – deyə Kaladze qeyd edib.

Fransanın İnkişaf Fondu bu yollardan birinin inşasına artıq 30 milyon avro ayırıb.

Xatırladaq ki, hazırda Tbilisidə cəmi 2 kanat yolu var.