Yer dəyişən şagirdlərin sayı – RƏSMİ

Şagird yerdəyişməsi ilə bağlı statistika açıqlanıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, 53 mindən çox şagird yerdəyişməsi qeydə alınıb

“2025-2026-cı tədris ilinin I yarımilində ölkə üzrə 53 mindən çox şagirdin yerdəyişməsi uğurla tamamlanıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, yerdəyişmə prosesi yanvarın 8-də dayandırılıb. 11-ci siniflər üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bu məqaləni paylaş