Gürcüstanda sutkalıq koronavirus statistikası

88
0

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 240 yoluxma halı qeydə alınıb, sağalanların sayı – 681, ölənlərin sayı 16 nəfər olub.

Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.

Ümumilikdə ölkədə 258351 nəfər koronavirusa yoluxub,  249709 nəfər sağalıb, 3194 nəfər isə vəfat edib.

Hazırda 474 karantin rejimində, 2676 nəfər xəstəxanada, 268 nəfər isə COVİD 19 otelindədir.