
Az.shafaqna.com-un verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin və Braziliya Prezidenti Lulada Silva arasında telefon danışığı olub.
Kremlin məlumatına əsasən, liderlər Venesuela ətrafındakı vəziyyəti müzakirə ediblər.
Putin və Silva Venesuelanın suverenliyi və milli maraqlarının təmin olunması ilə bağlı yanaşmalarının uyğun olduğunu vurğulayıblar.
Tərəflər Latın Amerikası və digər regionlarda gərginliyin azaldılması məqsədilə əlaqəni davam etdirməyə razılaşıblar.






























