Bu gündən Gürcüstanda koronavirusun yayılmasına qarşı tətbiq olunan bir sıra məhdudiyyətlər götürülür.
Az.shafaqna.com xəbər verir ki, mərhələli şəkildə aşağıdakı sahələrdə fəaliyyətinə qoyulan məhdudiyyətlər ləğv olunur:
Batumi, Zuqdidi, Qori, Poti və Telavidə:
- İctimai nəqliyyat
- Məktəblər
- Mağaza və Ticarət mərkəzləri
Tbilisi və Rustavidə:
- Mağazalar və Ticarət Mərkəzləri
Tbilisi və Rustavidə məktəblər və şəhər nəqliyyatının fəaliyyətinə epidemoloji vəziyyətdən asılı olaraq 1 martdan icazə verilməsi planlaşdırılır.
Bağlı və qapalı bazarların fəaliyyətinə 15 fevraldan ölkəboyu icazə veriləcək.
Acariyada bir həftəlik yoluxma 4 faizdən az olduğuna görə, qonaqları açıq resoran tipli məkanlarda qəbul edilməsinə icazə verilir. Toy-nişanların keçirilməsinə qoyulan qadağalar qüvvədədir.
Ölkənin başqa reqionlarında restoran və iaşə obyektləri əvvəlki rejimdə fəaliyyət göstərəcək.
1 martdan Ali Təhsil müəssisələri və uşaq bağçalarının fəaliyyətinə icazə veriləcək.
1 marta qədər 21:00-dan 05:00-a qədər ölkədə küçəyə çıxmaq qadağası qüvvədədir.
Həftəsonu fevral ayı boyunca ictimai nəqliyyat işləməyəcək. Restoranlar onlayn rejim və müştərinin alıb evə aparmasıyla işləyə bilərlər.
Aqrar bazarlar, qida marketləri və heyvan yeməkləri satan dükanlar və apteklər adi rejimdə fəaliyyət göstərəcəklər.
Digər bütün məhdudiyyətlər hələ ki, qüvvədədir.
Şəhərlərarası nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət qüvvəsində qalır.
Maskaların taxılması əvvəlki qaydada olacaqdır.
Məhdudiyyətlər götürüldükcə aşağıdakı tələblərə riayyət olunmalıdır:
Fəaliyyətinə icazə verilən biznes sahəsi işçilərinin 30 faizini həftədə iki dəfə testdən keçirməlidirlər.
Bazarlarda 20 faizə qədər işçi həftədə iki dəfə test olunmalıdırlar.
Müəllimlər də həftədə iki dəfə test verməlidirlər.
Qida istehsal və satan obyektlər işçilərinin 50 faizini məcburi olaraq testdən keçirməlidirlər.