Az.shafaqna.com “Sada el Balad”-a istinadən xəbər verir ki, Misirin Baş müftisi Şövqi Alləm İstanbulda yerləşən Ayasofyanın məscid edilməsini yolverilməz hesab edir.

Kilsələr olduğu kimi qalmalı və məscidə çevrilməməlidir”, – deyə o qeyd edib və əlavə edib ki, “məscidləri də kilsəyə çevirmək olmaz”.

O bildirib ki, məbədləri dağıtmaq və rahibləri öldürmək olmaz.

Xatırladaq ki, Türkiyə dövlət şurası Ayasofyanın müzey edilməsi qərarını ləğv edərək onun məscidə çevrilməsinə dair qərar qəbul edib.