Ayətullah Məkarim Şirazi boşanmalar haqqında

Az.shafaqna.com bildirir ki, mərcə müctehidi Ayətullah Məkarim Şirazi illər öncə dərslərinin birində bu barədə danışıb.

Bu mövzu ilə bağlı çıxışı diqqətinizə çatdırırıq:

“Xanımlar bu barədə bizə məktublar ünvanlayaraq, ərlərindən şikayət edirlər. Ərinin mömin və namaz qılan olduğunu, lakin evdə ailəsinə qarşı pis rəftar etdiklərini yazırlar. Bu işlər bərəkəti aradan aparır. Boşanmaların əksəri sosial şəbəkələrdən qaynaqlanır. Sosial şəbəkələr elmi və mədəni baxımından istifadə olunasıdır. Bu şəbəkələrə nüvəyə oxşayır. Onunla xəstəlikləri də aradan aparmaq olar, partlayıcı kimi də istifadə etmək mümkündür. Niyə bu məsələlərə ürəyimiz yanmır. Bu cəmiyyətimizin əsas problemlərindən biridir.”

Bu məqaləni paylaş