İstanbulda 12 yanvar üçün proqnozlaşdırılan əlverişsiz hava şəraiti səbəbindən ümumilikdə 78 reys proqramdan çıxarılıb.

Az.shafaqna.com xəbər verir ki, Türk Hava Yolları və AJet bu qərarı təhlükəsizlik məqsədilə verib.

Ləğv edilən uçuşların 54-ü İstanbul Hava Limanından, 24-ü isə Sabiha Gökçen Hava Limanından həyata keçirilməli idi.

Qeyd edək ki, şəhərdə gözlənilən pis hava ilə əlaqədar 12 yanvar tarixində məktəblərdə də dərslər dayandırılıb.