
Kiyevdə çoxmənzilli binaların yarısında isitmə sistemi işləmir. Bu isə təxminən 2 milyon insanı əhatə edir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib.
Həmçinin şəhərdə su təchizatında da kəsintilər yaşanır.
Kliçko şəhər kənarında – su və istilik mənbələri olan bölgələrdə yaşamaq imkanı olan sakinləri müvəqqəti olaraq Kiyevi tərk etməyə çağırıb.






























