Gürcüstanda koronavirusa yoluxanların 96.48 faizi sağalıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 479 yoluxma halı qeydə alınıb, sağalanların sayı 491, ölənlərin sayı 19 nəfər olub.

Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.

Ümumilikdə ölkədə 258111 nəfər koronavirusa yoluxub,  249028 nəfər sağalıb, 3178 nəfər isə vəfat edib.

Hazırda 545 karantin rejimində, 2677 nəfər xəstəxanada, 304 nəfər isə COVİD 19 otelindədir.

Qeyd edək ki, Gürcüstanda bu günə qədər koronavirusa yoluxanların 96.48 faizi sağalıb.

Bu məqaləni paylaş