Şənbə günü Gürcüstan paytaxtında koronavirus məhdudiyyətlərinə etiraz əlaməti olaraq hökümət binası önündə növbəti aksiya keçirilib.
Az.shafaqna.com yerli mediaya istinadən xəbər verir ki, Azadlıq meydanında keçirilən aksiyada 200 nəfər iştirak edib.
Onlar höküməti məhdudiyyətlərə son verməyə çağırıblar.

Aksiyada “Bizim biznesimiz ölür”, “Biz məhdudiyyətlərin davam etməsinə tab gətirə bilməyəcəyik”, “Bizə işləməyə imkan verin” yazılmış plokatlar diqqət çəkib.

Gürcüstanda 1 fevraldan etibarən bir çox məhdudiyyətlər ləğv edilir. Acariyada 1 fevraldan bütün istehlak obyektləri normal qaydada fəaliyyət göstərəcək. Bir çox şəhərlərdə ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa da ləğv olunur.
Lakin Tbilisi, Kutaisi və Rustavidə nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət mart ayının əvvəlinə kimi uzadılıb. Həmçinin restoranların da ancaq onlayn rejim və evə aparmaqla fəaliyyəti mümkün olacaq.
